Dünya

İlon Mask Tramp haqqında açıqlama verdi

Tesla sahibi İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Tramp haqqında açıqlama verib.

Trampın həbs oluna biləcəyi xəbərinin ardınca Mask, “Əgər bu baş verərsə, Tramp çox daha böyük qələbə ilə qayıdacaq” deyib.

Bugun.tv xəbər verir ki, Mask bunu öz Twitter hesabında qeyd edib.

Tramp Manhetten Prokurorluğunun istintaqı ilə əlaqədar gələn həftə həbs oluna biləcəyini açıqlayıb. Elə buna görə də tərəfdarlarını etirazlara çağırıb.

Manhetten dairəsinin prokuroru Alvin Braggin porno ulduz Stormi Danielsə 130 min dollar ödəməyə görə Trampı məhkəməyə verməyə hazırlaşdığı bildirilir.

Qeyd edək ki, Trampın Danielslə münasibətdə olduğu və 2016-cı il prezident seçkilərindən əvvəl ona 130 min dollar pul verdiyi iddia edilirdi.

Bugün TV

Oxşar xəbərlər

İran: Dubayda ABŞ hərbçilərinin toplandığı ərazi vurulub

Aynur Camal

Avropa İttifaqı süni intellekt qaydalarının tətbiqinə başlayır

Aynur Camal

Hamaneyin ölümü Avropadakı müxalif iranlıları küçələrə çıxardı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu