19 C
Baku
8 Sentyabr 2024, 3:29
Baş xəbərDünya

İmran Xanın həbsinin “qanunsuz” olduğuna qərar verildi

Bugun.tv xəbər verir ki, Geo News televiziyasının məlumatına görə, Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) Xanın həbsi ilə bağlı şikayətinə Konstitusiya Məhkəməsində baxılıb.

Məhkəmə keçmiş baş nazir Xanın həbsinin “qanunsuz” olduğunu və onun dərhal azad edilməsinə qərar verib.

Xatırladaq ki, 2022-ci il aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsində İmran Xanın hökuməti 174 “yox” səsi ilə yıxılmışdı. Xan, koalisiya hökumətinin növbədənkənar seçkilər elan etmədiyini əsas gətirərək 28 oktyabr 2022-ci ildə Lahordan İslamabada yürüşə başlayıb.

3 noyabr 2022-ci ildə isə Vəzirabadda konvoyu atəşə tutularkən Xan hər iki ayağından yaralanıb. Hücum nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Pakistan ordusu keçmiş baş nazir İmran Xanın ona qarşı sui-qəsdin arxasında yüksək rütbəli kəşfiyyat rəsmisinin dayanması ilə bağlı iddialarını “məsuliyyətsiz və əsassız” adlandırıb.

Han mayın 9-da Milli Hesabatlılıq Bürosunun (NAB) qərarı ilə həbs edilib.

Sözügedən hadisə Xanın yüksək səviyyəli bir kəşfiyyat məmurunu ona qarşı sui-qəsdin arxasında durmaqda ittiham etməsindən sonra baş verdi.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Tanınmış jurnalist Media Tədris Mərkəzində təlim keçib

Nigar Məmmədova

Azərbaycan Respublikası Xarici İşlər Nazirl Ceyhun Bayramov Monqolustanın, Suriyanın və Somalinin xarici işlər nazirləri ilə görüşüb

Aynur Camal

Sərnişin avtobusu yandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu