Astronomlar indiyə qədər qeydə alınan ən böyük fövqəlnovadan 10 dəfə daha parlaq kosmik partlayış aşkar ediblər.
Astronomlar bildirirlər ki, 2020-ci ildə ABŞ-ın Kaliforniya ştatındakı Zwicky Facility tərəfindən qeydə alınan və parlaqlığı 3 ildir davam edən partlayış indiyə qədərki ən böyük kosmik hadisədir.
Southampton Universiteti Dr. Filip Uayzman qeyd edib ki, qeydə alınan partlayışdan yaranan parlaqlığın uzun müddət davam etdiyinə görə, partlayışın 8 milyard işıq ili uzaqlıqda olduğunu hesablayıblar.
Bu günə qədər elmi ədəbiyyatda belə parlaq və uzunömürlü bir işığa rast gəlinmədiyini vurğulayan Dr. Wiseman, tapıntılardan “qeyri-adi şəkildə təəccübləndiklərini” qeyd etdi.
Əksər fövqəlnovaların yaratdığı parlaqlığın yoxa çıxmasının bir neçə ay çəkdiyini vurğulayan Wiseman, “Parlaqlığın 2 ildən çox davam etməsi bizi çox təəccübləndirdi” deyib.
Partlayışın böyük ehtimalla günəşin kütləsindən minlərlə dəfə böyük olan qaz buludlarının qara dəliyin udması nəticəsində baş verdiyini ifadə edən Dr. Wiseman, sözügedən hadisənin kosmosa şok dalğaları yaydığını və qara dəliyi əhatə edən həddindən artıq qızdırılan qaz buludunun qalıqlarının da halqalı parıltıya səbəb olduğunu söyləyib.
“Bu hadisələr son dərəcə nadir olsa da, qalaktikaların mərkəzlərinin zamanla dəyişməsində əsas proseslər olmaq üçün kifayət qədər enerji yarada bilər” Wiseman vurğulayıb.
Tədqiqatın nəticələri Britaniya Kral Astronomiya Cəmiyyətinin “Monthly Notices of the Royal Astronomical Society” nəşrində dərc olunub.
Mənbə: aljazeera.com