İndoneziya ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət zonasının yaradılması ilin sonuna qədər başa çatacaq.
Bugun.tv xəbər verir ki, bu barədə TASS-a İndoneziyanın Rusiyadakı səfirliyinin missiyasının rəis müavini Berlian Helmi bildirib.
“İndoneziya ilə Aİİ arasında danışıqların birinci raundu keçən ay keçirilib. İkinci tur isə gələn ay planlaşdırılır”, – o, “Rusiya – İslam Dünyası: KazanForum” adlı 14-cü Beynəlxalq İqtisadi Forumun kuluarlarında deyib.
“Beləliklə, gələn il bütün razılaşmalar həyata keçiriləcək”, – diplomat əlavə edib.