20 C
Baku
26 Oktyabr 2025, 19:44
Baş xəbərDünya

İndoneziya həyəcan təbili çaldı

İndoneziya əhalinin sıx məskunlaşdığı Yava adasında Merapi vulkanının püskürməsindən sonra xəbərdarlıq səviyyəsini 3-ə qaldırıb.

Jakarta Globe-un məlumatına görə, ölkənin ən aktiv vulkanı olan Merapi yenidən aktivləşib.

Tez-tez aktiv olan vulkan ətrafdakılar üçün yüksək risk yaratdığı üçün bölgədə həyəcan səviyyəsi 3-ə qaldırılıb.

“Lava axını maksimum 1500 metr dərinliyə çata bilər” deyə Geoloji Fəlakət Texnologiyaları Araşdırma və İnkişaf Mərkəzinin rəhbəri Agus Budi Santoso bildirib.

Səlahiyyətlilər sakinlərə çay vadilərindən və lava axınının yayıla biləcəyi məhdud ərazilərdən uzaq durmağı tövsiyə edib.

Merapi vulkanının sonuncu böyük püskürməsi 2010-cu ildə 347 nəfərin ölümünə və 20 min insanın təxliyəsinə səbəb olub.

“Sakit okean od halqası” zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Pakistan və Əfqanıstan arasında atəşkəs

Aynur Camal

Süni intellekt sürprizi: Liderlər körpəyə çevrildi – VİDEO

Aynur Camal

Dəniz nəqliyyatına fırtına maneə oldu!

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu