5 C
Baku
29 Yanvar 2026, 22:28
Baş xəbərDünya

İndoneziya İƏİT-ə üzv olmaq üçün müraciət etdi

İndoneziya Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olmaq üçün müraciət edib, üzv ölkələr bu məsələyə baxacaqlar.

Bugun.tv xəbər verir ki, bu barədə təşkilatın baş katibi Matias Kormann “Nikkei Asia” nəşrinə verdiyi müsahibəsində bildirib.

“Biz İndoneziyadan üzvlük ilə bağlı məsələnin müzakirəsinə başlamaq üçün rəsmi müraciət almaqdan çox məmnunuq”, – deyə o qeyd edib. İndoneziya təşkilatın işinə böyük töhfə verə bilər, çünki qlobal iqtisadiyyatda “çox əhəmiyyətli” rol oynayır və “Cənub-Şərqi Asiyada mühüm səsə malikdir”. Kormann İndoneziyanın müraciətinə baxılmasının gedişatı ilə bağlı təfərrüatlar barədə heç bir məlumat verməyib.

Hələ ki, yalnız iki Asiya ölkəsi – Cənubi Koreya və Yaponiya İƏİT-nin üzvüdür. Nəşrdə deyilir ki, İndoneziya təşkilata qoşulan üçüncü Asiya ölkəsi ola bilər, bu da regionun digər iqtisadiyyatlarının inkişafına töhfə verəcək. Kormannın sözlərinə görə, İƏİT-yə üzv olmaq imkanını Tailand da fəal şəkildə müzakirə edir, Vyetnam, Sinqapur və Filippin kimi Cənub-Şərqi Asiyanın bir neçə digər dövləti isə təşkilatla sıx əməkdaşlıq edir.

“Mən hesab edirəm ki, İndoneziyanın İƏİT standartlarına uyğun olmaq səyi iqtisadi və sosial siyasətin mühüm sahələrində bütün Cənub-Şərqi Asiya regionuna çox böyük təsir göstərəcək”, – deyə o əlavə edib.

İƏİT iqtisadi rifahın yüksəlməsinə yönəldilən siyasətin formalaşdırılması məqsədi daşıyan inkişaf etmiş ölkələrin beynəlxalq iqtisadi təşkilatıdır. Təşkilata inkişaf etmiş ölkələr olan 38 dövlət daxildir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İran XİN rəhbəri Avropanı bölgədə müharibəni qızışdırmaqda ittiham etdi

Aynur Camal

Hindistan qrupu qütb tədqiqat stansiyasını genişləndirir

Aynur Camal

Yuxusuz gecələr emosional yemə vərdişlərini artırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu