18 C
Baku
28 Oktyabr 2025, 3:01
Baş xəbərDünya

İndoneziya və Rusiyanın ilk birgə dəniz təlimi

İndoneziya rəsmiləri tərəfindən verilən açıqlamada İndoneziya ilə Rusiya arasında keçiriləcək təlim çərçivəsində Rusiya donanmasına aid 4 döyüş gəmisinin Yava dənizində lövbər saldığı qeyd edilib.

Rusiya və İndoneziya noyabrın 4-8-də Yava dənizində ilk birgə dəniz təliminə başlayıb.

Təlimlə bağlı təfərrüatlar Antara News xəbərində yer alıb.

JAVA DƏNİZİNƏ 4 DÖRÜŞ GƏMİSİ DÜŞÜB

Xəbərə görə, İndoneziya rəsmiləri Şərqi Yava əyalətinin Surabaya şəhərində keçirilən 2024 Birgə Ordu Təlimi ilə bağlı açıqlama verib.

Açıqlamada, 4-8 noyabr tarixləri arasında keçiriləcək təlimdə iştirak etmək üçün Rusiya donanmasının 4 döyüş gəmisinin Yava dənizində lövbər saldığı qeyd edilib.

‘INTERNAVİYA GÖRÜŞÜNƏ DİQQƏT’

Açıqlamada Rusiyanın təlim çərçivəsində bir helikopter və bir xilasedici qoşqu, həmçinin döyüş gəmiləri göndərdiyi, İndoneziyanın 2 döyüş gəmisi və bir sualtı qayıq əleyhinə helikopterlə təlimə qatıldığı açıqlanıb.

Açıqlamada, iki ölkənin donanmaları arasında “möhkəm əlaqələri” simvolizə edən bu ilk birgə təlimin İndoneziya və Rusiya arasında 2018-ci ildə “dənizlər arası görüş” çərçivəsində keçirilən görüşün davamı olduğu bildirilib.

Mənbə: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal

Oxşar xəbərlər

Çexiyanın bəzi hissələri işıqsız qaldı

Aynur Camal

Tanınmış aparıcı vəfat etdi

Kəmalə Sultan

Prezident Kostanay vilayətində olub- video

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu