İndoneziyanın Sulavesi adasında baş verən sel və torpaq sürüşməsi nəticəsində 15 nəfərin həyatını itirdiyi bildirilib.
İndoneziya Milli Fəlakət İdarəsi Agentliyinin (BNPB) sözçüsü Əbdül Muhari verdiyi yazılı açıqlamada, adanın Luwu bölgəsində dünənki sürüşmənin təsirli olduğunu ifadə edərək, “Luvuda sel və torpaq sürüşməsi nəticəsində 14 nəfər həyatını itirdi” deyib.
Sulavesi adasının başqa bir hissəsində daha 1 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını bildirən Muhari, 100-dən çox evin ciddi ziyan gördüyünü, 42-nin isə sürükləndiyini qeyd edib.
Yolların və körpülərin də zərər gördüyünü dilə gətirən Muhari, sel və torpaq sürüşmələrindən minlərlə insanın zərər çəkdiyinə diqqət çəkib.
Yağışlı mövsümlərdə sürüşmələrə meyilli olan İndoneziyada son aylarda torpaq sürüşmələri baş verib və çox sayda insan həyatını itirib.
Mənbə: TrtHaber