Baş xəbərDünya

Seçki izdihamına tab gətirə bilmədiyi üçün körpü uçdu, 7 nəfər öldü

İndoneziyada yerli icra başçısı namizədinin seçki kampaniyası üçün getdiyi Banda adalarında onunla görüşmək istəyən tərəfdarlarının ağırlığına dözə bilməyən köhnə körpü uçub. Uçqun nəticəsində ölən və yaralananların olduğu bildirilib. İndoneziyada yerli icra başçısına namizədin seçki kampaniyası zamanı kütlənin ağırlığına tab gətirə bilməyən köhnə körpü uçub.

“Jakarta Globe” qəzetinin məlumatına görə, seçki kampaniyası çərçivəsində Banda adalarına səfər edən Andi Munasviri qarşılamağa çoxlu tərəfdarların gəldiyi dünən dənizkənarı körpü uçub.

Kütlənin ağırlığına dözməyən köhnə körpünün uçması nəticəsində ilkin məlumata görə, 7 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Bill Klinton: Müsəlmanların sırf dinlərinə görə alçaldılmasından bezmişəm

Aynur Camal

Barclays ilin sonunadək 5 min əməkdaşını işdən çıxaracaq

Aynur Camal

Vyetnam BRICS ölkələri ilə elm və ali təhsil sahəsində əməkdaşlığı genişləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu