17 C
Baku
10 İyun 2025, 2:15
Baş xəbərİqtisadiyyat

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edildi

Milli Məclisin dünənki plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişikliklər müzakirə olunub.

Bu barədə Milli Məclisin deputatları Vüqar Bayramov facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsində kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə yalnız Azərbaycan vətəndaşları məşğul olmalıdırlar.

Müzakirə zamanı deputat qanun layihəsinin əsas anlayışlar bölməsində, Avropa İttifaqı direktivləri və inkişaf etmiş ölkələrin oxşar qanunvericiliyinə uyğun olaraq, texnoloji və informasiya tələbləri üzrə meyarların ayrıca qeyd olunması zəruriliyini bildirib.

“Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı (mövcud mətndə meyarlar idi) səlahiyyətli orqanların təklifləri əsasında təsdiq olunur. Meyarların saxlanması daha yaxşı olar, çünki siyahılar mütəmadi dəyişir. Eyni maddə üzrə rəsmi müraciətlərin cavablandırılması üçün 30 gün nəzərdə tutulur. Bu maddə üzrə 30 iş günü olarsa yaxşı olardı. Çünki bəzi məlumatların hazırlanması və təqdim olunması kommunikasiya şəbəkəsinin sahibləri üçün xüsusi zaman tələb edə bilər. Qeyri-iş günlərinin sayının çox olduğu aylarda bu xüsusi çətinlik yarada bilər.

Layihədə provayderin təsisçisi və onun səlahiyyətli nümayəndəsi və fəaliyyətə cəlb olunmuş digər əməkdaşlar Azərbaycan vətəndaşı olmalıdır. Daha yaxşı olardı ki, qeyd olunsun ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə yalnız Azərbaycan vətəndaşları məşğul ola bilərlər.

Qanun layihəsinə əsasən, səlahiyyətli orqan tələblərə riyaət olunmasını tələb edə bilər. Daha məqsədəuyğun olardı ki, qeyd olunsun ki, tələb etmək hüququna malikdir.

Layihədə təhlükəsizlik boşluqları və riskləri ifadəsində “boşluqları” sözü çıxarılır. Amma digər ölkələrin müvafiq qanunvericiliyində “boşluqlar” ifadəsinə rast gəlinir. Bu baxımdan, oxşar praktikanın bizdə də qorunması məqsədəuyğun olardı”.

Aynur Camal

Oxşar xəbərlər

İsrail mətbuatından flaş iddia! Qəzzaya edilən hücumların bitmə tarixi açıqlandı

Aynur Camal

9 zəhər satıcısı şübhəli tutuldu

İntizar Əmirova

Norveç Ukraynaya daha on min artilleriya mərmisi verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu