Arxeoloqlar Böyük Britaniyada aparılan qazıntılar zamanı təxminən 2000 il əvvələ aid olan qədim Roma yolunun böyük bir hissəsini üzə çıxarıblar. Sözügedən yol Roma İmperiyası dövründə inşa edilən və mühüm nəqliyyat marşrutu sayılan Watling Street kimi tanınır.
Mütəxəssislərin məlumatına görə, bu yol qədim dövrdə Dover limanını Londonla və Britaniyanın digər bölgələri ilə birləşdirən əsas strateji xətt olub. Tapıntı Roma dövründə infrastrukturun nə qədər inkişaf etdiyini və imperiyanın Britaniya ərazisində güclü yol şəbəkəsi qurduğunu bir daha təsdiqləyir.
Arxeoloqlar bildirirlər ki, yolun aşkar edilən hissələri yaxşı vəziyyətdə qalıb və bu, qədim mühəndislik texnikaları barədə daha geniş araşdırmalar aparmağa imkan verir. Mütəxəssislər hesab edirlər ki, bu cür kəşflər Roma İmperiyasının hərbi və ticarət logistikası barədə yeni məlumatlar ortaya çıxara bilər.
Tarixçilərin fikrincə, Watling Street yalnız nəqliyyat yolu deyil, həm də Roma dövründə iqtisadi və hərbi əlaqələrin əsas arteriyalarından biri olub. Bu səbəbdən tapıntı həm arxeologiya, həm də tarix elmi üçün mühüm əhəmiyyət daşıyır.
Araşdırmaların davam etdiriləcəyi və yolun digər hissələrinin də üzə çıxarılmasının mümkün olduğu bildirilir.
Mənbə: EuroNews
