Baş xəbərDünya

İngiltərədə 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edilib.

İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.

Bugun.tv xəbər verir ki, “Siqaretsiz nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.

Çərşənbə axşamı axşam saatlarında təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.

Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb. Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb.

BBC-yə danışan bəzi Mühafizəkarlar Partiyasının deputatları qanunu dəstəkləməyəcəklərini bildiriblər. Hakim partiya vurğulayıb ki, parlamentdə səsvermə zamanı deputatlar istədikləri səsi verməkdə azad olacaqlar.

Bugün TV

Oxşar xəbərlər

Fotoqrafın səma görüntüsü süni intellekt işi hesab edilib

Aynur Camal

Prezidentə qanunsuz qulaqasma işi fonunda paytaxta 20 mindən çox hərbçi göndərilir

Aynur Camal

Şimali Koreya dənizə doğru bir neçə raket buraxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu