30 C
Baku
28 İyun 2025, 17:25
Dünya

İngiltərədə bıçaqlı hücum: 8 nəfər, əksəriyyəti uşaq yaralandı, şübhəli nəzarətdə

İngiltərənin Fövqəladə Hallar Xidməti ölkənin şimal-qərbindəki Sautportda “böyük insident”də ən azı səkkiz nəfərin bıçaqla hücumuna məruz qaldıqdan sonra şübhəli bir kişinin saxlanıldığını açıqlayıb. Şimal-Qərb Təcili Yardım Xidməti, bıçaq yaraları olan səkkiz xəstəni müalicə etdiklərini söyləyib. Açıqlamaya görə, səkkiz yaralı Alder Hey Uşaq Xəstəxanası da daxil olmaqla üç müxtəlif səhiyyə müəssisəsində müalicə olunub.

Reuters xəbər agentliyinin məlumatına görə, Mersisayd polisi də mövzu ilə bağlı açıqlamasında bildirib ki, silahlı polis bu gün yerli vaxtla saat 11.50 radələrində bıçaqlı hücum xəbərini aldıqdan sonra bir nəfəri saxlayıb və bıçağını müsadirə edib. Polisin açıqlamasında hadisədən sonra ictimaiyyət üçün daha geniş təhlükənin olmadığı bildirilib.

Məsələ ilə bağlı açıqlama verən daxili işlər naziri İvette Kuper deyib: “Mən Southportda baş verən çox ciddi insidentdən dərin narahatam” o bu barədə sosial media platformasında yazıb.

Mənbə: Haber Global

İntizar Əmirova

Oxşar xəbərlər

Türk mühəndislər Yaponiyaya ‘süni intellekt’ satdılar

Aynur Camal

İtaliya vətəndaşlarından Ukraynanı tərk etmələrini xahiş edir

Aynur Camal

Putin bu gün səfərbərlik elan edə bilər

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu