6 C
Baku
15 Yanvar 2025, 14:59
Baş xəbərDünya

İngiltərənin silah hərəkəti İsraili dəli etdi! Netanyahudan ilk reaksiya

İngiltərə Fələstində mülki insanları hədəf alan İsrailə bəzi silahların satışını dayandırmaq qərarına gəlib. İsrailin baş naziri Benyamin Netanyahu İngiltərənin İsrailə tətbiq etdiyi qərara reaksiya verib.

Bu barədə o özünün rəsmi X hesabında bir paylaşım edib.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İngiltərənin İsrailə bəzi silah satışını dayandırmaq qərarı “utancverici”dir. Həmçinin o bunun İsrailin “Həması məğlub etmək əzmini” dəyişdirməyəcəyini bildirib.

Açıqlamasında, “İngiltərənin yanlış qərarı HƏMAS-ı təşviq etməkdən başqa heç bir iş görməyəcək” deyən Netanyahu bəyanatından istifadə edərək İsrailin Qəzzaya hücumlarında “beynəlxalq hüquqa tam əməl etdiyini” iddia edib.

İngiltərə xarici işlər naziri David Lammy dünən parlamentdəki çıxışında ölkəsinin İsrailə bəzi silah satışını dayandıracağını açıqlamışdı. Nazir Lammy, qərarın “Böyük Britaniyanın silah ixracı lisenziyalarının beynəlxalq humanitar hüququn ciddi pozuntularını asanlaşdırmaq üçün istifadə oluna biləcəyinə dair açıq bir risk” olduğunu müəyyən edən araşdırmadan sonra qəbul edildiyini söyləyib.

350 lisenziyadan təxminən 30-nun dayandırılacağını bildirən Lammy, “Belə bir qarşıdurma qarşısında İngiltərənin ixrac lisenziyalarını nəzərdən keçirmək bu hökumətin qanuni vəzifəsidir. Bu, ümumi bir qadağa və ya silah embarqosu deyil” deyə O, aşağıdakı ifadələrdən istifadə edib:

” Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin açıqladığı məlumatlara görə, 7 oktyabr 2023-cü il tarixindən etibarən ölkədən İsrailə silah, hərbi texnika və digər nəzarət edilən məhsulların satışı üçün 100-dən çox ixrac lisenziyası təsdiqlənib”.

Xəbərdə həmçinin xatırladılıb ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən az 16 min 673-ü uşaq, 11 min 269-u qadın olmaqla 40 min 819 fələstinli ölüb, 94 min 291 nəfər yaralanıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İnanılmaz hadisə! Baş ağrısı ilə getdi və başından 77 iynə çıxdı

İntizar Əmirova

BMT: Qəzzadakı qarşıdurmalar səbəbiylə 123 min 538 min insan didərgin düşüb

Bugün TV

Bir milyondan çox uşağın həyatı təhlükədədir

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu