İngiltərədə küçələrə çıxan etirazçılar hücum etdikləri polis maşınını aşırıb. Etirazçılar ikimərtəbəli avtobusu da yandırıb və tez bir zamanda şəhəri müharibə zonasına çeviriblər.
İngiltərənin Lids şəhərinin Harehills bölgəsində sosial xidmətlər Şərqi Avropa əsilli bir ailənin dörd uşağı qəbul etdikdən sonra etirazlar başlayıb.
Aralarında uşaqların da olduğu nümayişçilər çox sayda polisin göndərildiyi bölgədə 2 mərtəbəli avtobusu yandırıblar. Etirazçılar daş, çubuq və skuter ataraq polis maşınına ziyan vurub və onu aşırıblar.
Polis nümayişlərin keçirildiyi əraziyə gedən yolları bağlayıb və ictimaiyyəti əraziyə girməməyə çağırıb. Hadisələrdə xəsarət alan olmasa da, yerli əhalinin və yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülüb.
Yerli sakinlərin verdiyi məlumata görə, bir neçə gün əvvəl ailənin övladından biri yaralanaraq xəstəxanaya yerləşdirilib. Uşağın xəsarətinin qardaşı tərəfindən törədildiyi öyrənilib və xəstəxana rəsmilərinin vəziyyəti sosial xidmətlərə bildirməsindən sonra uşaqların ailədən alındığı bildirilib.
Britaniyanın daxili işlər naziri İvette Kuper açıqlamasında deyib: “Bu gecə Lidsdə baş verən sarsıdıcı hadisələr, polis maşınlarına və ictimai nəqliyyata edilən hücumlar məni dəhşətə gətirir. “Bizim cəmiyyətdə bu tip pozğunluğun yeri yoxdur. Qərbi Yorkşir polisinə göstərdikləri səylərə görə təşəkkür edən Kuper hadisələrlə bağlı mütəmadi olaraq məlumatlandırıldığını bildirib.
Mənbə: TGRT