İngiltərə kralı III Çarlzın bacısı şahzadə Anna evində keçirdiyi qəzadan sonra xəstəxanaya yerləşdirilib. Bu barədə Bukingem Sarayından bildirilib. İngiltərə kralı III Çarlzın bacısı Şahzadə Anna evdə keçirdiyi qəzadan sonra beyin silkələnməsi və yüngül xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Bukingem Sarayından verilən açıqlamada Kral Çarlzın 73 yaşlı şahzadə Annanın sağlamlıq vəziyyəti ilə bağlı tez-tez məlumat aldığı bildirilib.
Saray sözçüsündən verilən açıqlamada şahzadə Annanın vəziyyətinin yaxşı olduğu və müşahidə üçün xəstəxanada saxlandığı bildirilib. Bukingem Sarayının sözçüsü, həkimlər başqa cür demədikcə, müalicənin Southmead Xəstəxanasında davam edəcəyini, həkimlərin hesabatı əsasında şahzadənin rəsmi proqramlarının təxirə salındığını və onun şərəfinə təşkil ediləcək naharda iştirak etməyəcəyini bildirib.
Mənbə: TGRT
