15 C
Baku
24 Oktyabr 2025, 5:09
Baş xəbərDünya

İngiltərədə yeni dinozavr növü aşkar edildi

Bugun.tv “Guardian”a istinadla xəbər verir ki, tədqiqatçılar bunu cütləşmə dövründə dişiləri cəlb etmək üçün istifadə olunduğunu hesab edir. Yeni tapıntı iguanodontiya tipinə aid dinozavrın qalıqları əsasında müəyyənləşdirilib. Fosillər təqaüddə olan həkim və hazırda Portsmut Universiteti ilə Təbiət Tarixi Muzeyində doktorantura təhsili alan Ceremi Lokvud tərəfindən araşdırılıb. Lokvud bu yeni növə “Istiorachis macaruthurae” adını verib. Adın birinci hissəsi “yelkən onurğası” mənasını daşıyır, ikinci hissəsi isə 2005-ci ildə dünya üzrə təkbaşına, fasiləsiz ən sürətli yelkənli səyahət rekordunu qırmış dənizçi Ellen Makarturun şərəfinə seçilib. Əvvəllər bu qalıqlar adada məlum olan iki dinozavr növündən birinə aid hesab edilirdi. Lakin Lokvudun 125 milyon il əvvələ aid nümunələri digər dinozavr onurğa sümükləri ilə müqayisə etməsi nəticəsində onların fərqli və unikal olduğu üzə çıxıb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Tramp Çinə TikTok ilə bağlı şərt qoyur

Aynur Camal

“Neft-kimyaçıların verdiyi yalan vədlərə artıq inanmırıq!”

Aynur Camal

Tanker aşdı və alışıdı, maşınlar alovlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu