İngiltərədə onlayn mühitlərdə uşaqların təhlükəsizliyi ilə məşğul olan fəallar tənzimləyici və nəzarət orqanı olan Rabitə Ofisindən (Ofcom) “pedofiliya cəhənnəmi”nə çevrilmiş Roblox oyun platformasına qarşı sərt addımlar atmasını istəyirlər.
İngilis “The Guardian” qəzetinin xəbərinə görə, araşdırma şirkəti Hindenburg Roblox haqqında pedofiliya, şiddət və sui-istifadə iddialarını ehtiva edən hesabat açıqlayıb.
Platformadakı məzmunun uşaqları pedofiliya, böyüklər üçün nəşrlər, zorakılıq və təhqiramiz çıxışların hədəfinə çevirdiyini ifadə edən Hindenburq, uşaqlara cinsi istismara görə mühakimə olunarkən vəfat edən Ceffri Epstein adına Roblox-da çoxlu hesabların açıldığını qeyd edib.
Hindenburqun hesabatında deyilir: “Biz gördük ki, Roblox pedofiliya cəhənnəmidir, bizim oyun personajlarımızı aldatmağa çalışan istifadəçilərlə, uşaq istismarı şəkillərini açıq şəkildə satan qruplarla, cinsi xarakterli oyunlar, zorakı məzmun və həddindən artıq söyüşlə doludur, bunların hamısı uşaqlarımıza açıqdır olması təhlükəlidir” ifadələrdən istifadə edilmişdir.
Roblox isə Hindenburqun tənqidini rədd edərək, sözügedən məzmunun silindiyini və ya araşdırmaların davam etdiyini açıqlayıb.
Onlayn mühitlərdə uşaqların təhlükəsizliyi ilə məşğul olan fəal qruplar Ofcom-u Onlayn Təhlükəsizlik Aktını ciddi şəkildə tətbiq etməyə və texnologiya şirkətlərinə sərt qaydalar tətbiq etməyə çağırıb.
İnternetdə məruz qaldığı zorakılıq görüntülərindən sonra intihar edən Molly Russell ailəsi tərəfindən qurulan Molly Russell Vəqfi, qanunların tətbiqi və qaydaların müəyyən edilməsindən məsul olan Ofcom-un atacağı addımların əhəmiyyətini vurğulayıb.
Molly Russell Vəqfinin Baş İcraçı Direktoru Endi Burrows, Hindenburqun Robloxun hesabatı ilə bağlı verdiyi açıqlamada, “(Hesabat) uşaq təhlükəsizliyi çatışmazlıqlarının bir nasazlıq deyil, platformaların dizaynında və istismarında sistemli bir uğursuzluq olduğuna dair artan sübutları vurğulayır” deyib.
Burrows, Onlayn Təhlükəsizlik Aktının uşaqları qorumaq üçün ən təsirli üsul olduğunu qeyd etsə də, Ofcom tərəfindən atılan güclü və qətiyyətli addımlarla təhlükəsizlik zəifliklərinin qarşısının alına biləcəyini müdafiə edib.
İnternetdə uşaq hüquqları ilə məşğul olan Lordlar Palatasının üzvü Baronessa Beeban Kidron dedi: “Əgər Roblox istehlakçı yönümlü bir məhsuldursa və ticarət olunursa, o, uşaqlar üçün təhlükəsiz olmalıdır və sui-istifadə edilməməlidir” deyə qiymətləndirməsini edib.
Kidron qanunun həyata keçirilməsi üçün güclü siyasi liderliyin olması lazım olduğuna diqqət çəkib.
Ofcom-un mövzu ilə bağlı açıqlamasında, “Roblox kimi platformaların uşaqları zorakılıq və pornoqrafiyadan qoruması, zorakılığa məruz qalanlara qarşı tədbir görməsi, uşaq istismarı şəkillərini silməsi və güclü yaş yoxlamaları həyata keçirməsi lazımdır” deyilir.
Gündəlik təxminən 80 milyon istifadəçisi olan Roblox oyun platformasında 9 yaşdan kiçik istifadəçilərin nisbəti yüzdə 20, istifadəçilərin əksəriyyəti isə 16 yaşın altındadır.
Roblox həm də oyun istifadəçiləri arasında söhbət etməyə imkan versə də, istifadəçilər platformada öz oyun ssenarilərini hazırlayırlar.
Mənbə: TrtHaber
