9 C
Baku
22 Dekabr 2024, 10:39
Baş xəbərDünya

İngiltərə döyüş meydanına çevrildi! Onlar polis maşınını aşırıb və avtobusu yandırıblar

İngiltərədə küçələrə çıxan etirazçılar hücum etdikləri polis maşınını aşırıb. Etirazçılar ikimərtəbəli avtobusu da yandırıb və tez bir zamanda şəhəri müharibə zonasına çeviriblər.

İngiltərənin Lids şəhərinin Harehills bölgəsində sosial xidmətlər Şərqi Avropa əsilli bir ailənin dörd uşağı qəbul etdikdən sonra etirazlar başlayıb.

Aralarında uşaqların da olduğu nümayişçilər çox sayda polisin göndərildiyi bölgədə 2 mərtəbəli avtobusu yandırıblar. Etirazçılar daş, çubuq və skuter ataraq polis maşınına ziyan vurub və onu aşırıblar.

Polis nümayişlərin keçirildiyi əraziyə gedən yolları bağlayıb və ictimaiyyəti əraziyə girməməyə çağırıb. Hadisələrdə xəsarət alan olmasa da, yerli əhalinin və yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülüb.

 Yerli sakinlərin verdiyi məlumata görə, bir neçə gün əvvəl ailənin övladından biri yaralanaraq xəstəxanaya yerləşdirilib. Uşağın xəsarətinin qardaşı tərəfindən törədildiyi öyrənilib və xəstəxana rəsmilərinin vəziyyəti sosial xidmətlərə bildirməsindən sonra uşaqların ailədən alındığı bildirilib.

 Britaniyanın daxili işlər naziri İvette Kuper açıqlamasında deyib: “Bu gecə Lidsdə baş verən sarsıdıcı hadisələr, polis maşınlarına və ictimai nəqliyyata edilən hücumlar məni dəhşətə gətirir. “Bizim cəmiyyətdə bu tip pozğunluğun yeri yoxdur. Qərbi Yorkşir polisinə göstərdikləri səylərə görə təşəkkür edən Kuper hadisələrlə bağlı mütəmadi olaraq məlumatlandırıldığını bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Zelenskinin korteji qəzaya düşüb

Aynur Camal

Həddindən artıq istilər səbəbindən ölənlərin sayı artır: 18 ölü

Kəmalə Sultan

İranlı qadın 30 milyonluq brilyantı sərhəddən geçirmək istərkən tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu