“Liverpul” “PSJ”nin hücumçusu Kylian Mbappe üçün yarışa girib. Bugun.tv xəbər verir ki, bu barədə FİFA agenti Marko Çirdemir bildirib.
Onun sözlərinə görə, İngiltərə komandasının rəhbərliyi hücumçu üçün təxminən 300 milyon avro təklif etməyə hazırdır.
Xatırladaq ki, Mbappenin 2024/2025 mövsümü üçün “PSJ” ilə müqavilənin avtomatik uzadılması variantından imtina etdiyi və 2024-cü ilin yayında azad agent ola biləcəyi məlum olub. Mətbuatda yayılan xəbərlərə görə, hücumçu bu yay transfer pəncərəsində “Real Madrid”ə keçmək istəyir. Mbappe isə, növbəti mövsümü Fransa klubunda keçirməyi planlaşdırdığını iddia edir.
Qeyd edək ki, 24 yaşlı forvard bu mövsüm 2Paris Saint-Germain”in heyətində 34 liqa oyununa çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.