18 C
Baku
14 Oktyabr 2025, 0:47
Baş xəbər

“İnklüzivliyin Sirri 4” Forumu keçirildi

Bugun.tv-xəbər verir ki, “Inclusive Organization Company”, “Bayraqdar” İctimai Birliyi, “Sara Xatun Mədəni Maarifçilik” İctimai Birliyi və “Ümidlə Gəl” xeyriyyə layihəsinin təşəbbüsü ilə, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, “İDDO” Psixi Sağlamlıq Proqramı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Azərbaycan Uşaqları” İctimai Birliyi, “Samra Center” Uşaq İnkişaf Mərkəzi, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və Yeni Klinikanın rəsmi tərəfdaşlığı ilə “İnklüzivliyin Sirri 4” Forumu baş tutub”.

Bu barədə məlumatı öz sosial media hesabında paylaşan Milli Məclisin deputatı Vüqar İskəndərov həmçinin bildirib ki, tədbir Yeni Klinikanın ev sahibliyində təşkil olunub.

Deputat həmçinin bildirib ki, forum “Konstitusiya və Suverenlik ili” çərçivəsində nitq məhdudiyyətli şəxslərə və inklüziv təhsilə həsr olunmuşdu. Əsas məqsəd – nitq məhdudiyyətli şəxslərin təhsil sisteminə inklüziv inteqrasiyasının əsaslarını müzakirə etmək, qabaqcıl beynəlxalq təcrübələri, klinik və pedaqoji yanaşmaları paylaşmaq idi.

Sonda isə panel spikerlərinə iştirakları üçün təşəkkürnamələr təqdim edilmiş həmçinin xatirə fostosu çəkilmişdir.

Aynur Camal

Oxşar xəbərlər

Şahin Cavadov “ÖTEKİ YÜZ” serialında baş rola seçildi – Azərbaycan-Türkiyə ortaq layihəsi gündəmə damğa vurur

Aynur Camal

Faiz dəhlizinin yuxarı və aşağı hədlərinin dəyişdirilməməsi mövcud kreditlərə təsir etməyəcək

Nigar Məmmədova

“Şimal axını” boru kəmərlərindən sızan metan qazı Baltik dənizinin böyük hissəsinə yayılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu