17 C
Baku
10 İyun 2025, 9:38
Baş xəbərTexnologiya

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Data idarəolunması departamentinə yeni direktor təyin edilib.

Bugun.tv xəbər verir ki, bu barədə sözügedən qurumun rəsmi facebook səhifəsində məlumat dərc olunub.

Qeyd edək ki, həmin vəzifəyə 2023-cü ilin iyun ayından Kamran Ağayev rəhbərlik edir.

Kamran Ağayev İRİA ilə yanaşı, Azercelll şirkətində Data idarəolunması şöbəsinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetida fəaliyyət göstərən “Big Data və Analitika Mərkəzi”nin rəhbəri vəzifələrini davam etdirəcək.

K. Ağayev 20 ildən çoxdur ki, verilənlər bazası administratoru ixtisası üzrə çalışır və “Oracle” sahəsində bir sıra professional, ekspert və master sertifikatlarına sahibdir. ABŞ-də “Oracle verilənlər bazasında məlumatların nüsxəsinin alınması və bərpa yolları” və “Oracle Certified Master” adlı 2 kitabı nəşr olunub.

O, fəaliyyəti ərzində dünyanın müxtəlif ölkələrində (ABŞ, Yaponiya, Çin, Tailand, Cənubi Koreya, Avstraliya, Hindistan, Argentina, Uruqvay, Panama, Kosta-Rika, Meksika, Qvatemala və bir sıra Avropa ölkələri) beynəlxalq konfransda çıxışlar edib, “Oracle” şirkəti tərəfindən dünyada sayı 120-dən az olan “Oracle ACE Director” mükafatına layiq görülüb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Efiopiya son illər defolt elan edən üçüncü Afrika ölkəsi oldu

Kəmalə Sultan

Kurt Cobain: Nirvana solisti tərəfindən sındırılan gitara təxminən 600.000 dollara satılır

Aynur Camal

Ekvadorda fövqəladə vəziyyət rejimi elan edildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu