9 C
Baku
21 Dekabr 2025, 14:10
Dünya

“İnnovativ məktəb” layihəsinin açılış mərasimi keçirildi

Bugun.tv– xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant müsabiqəsinin qalibi olan “İnnovativ məktəb” kompleks inkişaf modeli layihəsinin açılış mərasimi keçirilib.

Tədbir Bakı şəhəri E.Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə “56 nömrəli məktəbin uğur hekayəsi” adlı tədbir çərçivəsində baş tutub və innovativ təhsil mühitinin formalaşdırılması istiqamətində görülən işlər müzakirə olunub.

Bu barədə məlumatı Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial media hesabında paylaşıb.

Tədbir zamanı məktəblərdə yaradıcılıq və təşəbbüskarlığın təşviqi, innovativ yanaşmaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Çıxış edən deputat təhsil sistemində inkişaf və innovasiyaların əhəmiyyətini vurğulayaraq, gənc nəslin yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsinin vacibliyini qeyd edib.

Bildirilib ki, bu kimi layihələr gələcəyin bilikli, düşünən və yenilikçi gənclərinin formalaşmasına mühüm töhfə verir. Sonda Elm və Təhsil Nazirliyinə, layihə müəlliflərinə, eləcə də 56 nömrəli məktəbin rəhbərliyi və pedaqoji kollektivinə göstərdikləri səylərə görə təşəkkür ifadə olunub.

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələrinin generalı Sırski Baxmutda oldu

Bugün TV

Amazon süni intellekt tədqiqatlarına 110 milyon dollar sərmayə qoyub

Aynur Camal

Kreml Trampın ultimatumunu rədd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu