Ümumbəşəri problem sayılan insan alverinə qarşı nə qədər proflaktik işlər görülsə də, yenə də bu cinayəti törədənlər və bundan zərərçəkənlər var. İnsan alverçilərinin toruna düşməmək üçün hər bizimiz ayıq-sayıq olmalıyıq.
Bugun.tv xəbər verir ki, insan alveri probleminin aradan qaldırılması, minimuma endirilməsi üçün çoxsayli cəhdlər edilsə də, buna tam şəkildə nail olunmayıb. Çünki, bu cinayətin başında duranlar öz cinayətlərini tərəf müqabillərinə çevrilən şəxslərlə gizli şəkildə həyata keçirirlər.
Psixoloqların fikrinə görə, daha çox dünyagörüşü dar olan, həyat yoldaşından boşanan, maddi sıxıntı içərisində yaşayan, qalmağa yeri olmayan insanlar bu işbazların toruna düşürlər.
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Ramil Kazımovun sözlərinə görə, digər cinayətlərdən fərqli olaraq insan alverinin qurbanları bu əməldən zərər çəkən şəxslərdir. “Başqa cinayətlərdə təbii ki, bir insan zərərçəkmiş qismində tanındıqdan sonra həmin cinayətdən ziyan görən hesab olunur. Amma insan alveri cinayətlərində bu kimi məsələlər var ki, şəxs insan alverindən zərərçəkməsi ehtimal edildikdə belə o insan alverinin qurbanı hesab olunur və bütün tibbi hüquqi pisixoloji yardımlar göstərilir”.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirildi ki, quruma daxil olan müraciətlər əsasında müvafiq addımlar atılır. Baş məsləhətçi Rahil Süleymanzadə deyir ki, insan alveri ilə bağlı komitə milli fəaliyyət planında həm qanunvericiliyin təkmilləşdirilməsi, həm sosial müdafiənin gücləndirilməsi eyni zamanda maarifləndirmə təbdrilərinin keçirilməsi ilə bağlı tədbirlər görür. “Bildirmək istəyirəm ki, xarici ölkələrdə nəzarətsiz qalan uşaqların ölkəmizə gətirilməsində və onların reabilitasiyasında, prosedur qaydaların həyata keçirilməsində, eyni zamanda onların qəyyumluğu və himayəyə verilməsində ölkəmiz tərəfindən lazımi işlər görülür”.
Problemin həlli üçün hər kəs ayıq-sayıq olmalı, vətəndaş məsuliyyətini dərk etməklə, ümumbəşəri bəlaya qarşı birgə mübarizə aparılmalıdır. Yalnız birlik və bərabərliklə bu ağrılı problemi, qismən də olsa aradan qaldırmaq olar.
Mənbə: ATV