Bugun.tv xəbər verir ki, Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyi (CEA) dünyanın ən güclü maqnit rezonans görüntüləmə (MRT) cihazı ilə əldə edilən insan beyninin ən aydın görüntüsünü dərc edib. Açıqlamada, “Iseult” adlı cihazla çəkilən beyin şəklinin 20 ildən çox davam edən araşdırma nəticəsində əldə edildiyi bildirilib.
Araşdırmalar çərçivəsində MRT cihazının son bir neçə ayda təxminən 20 sağlam könüllü üzərində sınaqdan keçirildiyi və ən aydın beyin görüntüsünün təxminən 4 dəqiqə ərzində əldə edildiyi qeyd olunub.
Iseult layihəsinin prezidenti Nicolas Boulant açıqlamasında daha keyfiyyətli məlumat əldə etmək üçün araşdırmaların daha bir neçə il davam edəcəyini bildirib. 2026-2030-cu ilə qədər şizofreniya və bipolyar pozğunluqla yanaşı digər psixoloji xəstəliklərin araşdırılması qarşıya məqsəd qoyulub.
Iseult MRT cihazı ilə əldə edilən ultra detallı anatomik məlumatların Alzheimer və Parkinson kimi xəstəliklərin diaqnozuna kömək edəcəyi gözlənilir