“Daron Acemoğlunun oxuduğum “Hakimiyyət və proqress” kitabında müəllif insan yoxsa robot mülahizəsi apararaq qeyd edir ki, robotlaşma vacibdir, ancaq o, insan əməyini tam şəkildə əvəzləyə, insan əməyini sənayedən tam sıxışdırıb çıxarda bilməz.Tesla, Toyotadan misallar çəkir, aktuallığı göstərir. Belə olan halda istehsal artsa da və sürətlənsə də, keyfiyyəti tam şəkildə artırmaq mümkün deyil. Burada isə müəllif Çex yazarı, adını ilk dəfə eşitdiyim Karel Çapekdən çox gözəl bir misal gətirir. Misal o qədər xoşuma gəldi ki, istədim sizinlə bölüşəm:
“Лишь годы практики научат вас таинственной отваге живого садовника, который бродит по всему саду, но не топчет ни единого цветка.”
Əslində bu misalın çox dərin mənası var və xüsusilə idarəetmədə aktuallıq kəsb edir. İllərlə formalaşmış kadrları, mütəxəssisləri bir günün içində yeniləri və ya süni texnologiyalarla əvəzləmək effekt vermir, əksinə, dayanma və durmalara səbəb olur. Ona görə də illərin təcrübəsinə malik mütəxəssislər əslində qurum və təşkilatların, sənaye müəssisələrinin əvəzsiz zənginliyidir”.
