22 C
Baku
27 İyul 2025, 9:39
Dünya

İnsanlar gecələr dənizə girməli oldular

Son günlər xüsusilə Rio-de-Janeyro şəhərində isti və rütubətlilik qeydə alınıb. Braziliyalılar çimərliklərə axışır və axşamlar dənizdə çimirlər. Çimərliklər yüzlərlə insanı qəbul edərkən, şəhərdə termometrlərin 39 dərəcəyə yüksələcəyi gözlənilir.

Yerin cənub yarımkürəsində yerləşən Braziliya yay aylarını yaşayır…

Ölkənin çimərlikləri gündüzə nisbətən gecələr daha sıx olur. Gecə dənizdə üzənlərin rəngli görüntüləri qeydə alınıb. Rio-de-Janeyroda istidən bezənlər axşamlar çimərliyə üz tuturlar.

Braziliyalılar dənizdə çimərək sərinləməyə çalışırlar.

Jurnalistlərə açıqlama verən braziliyalı qadın “Axşam saat səkkizdir, izdihamı görürsən. Uşaqlar oyun oynayır. Evdə qalıb filmə baxa bilərdim, amma hava çox istidir. Hamı kimi mən də çimərliyə gəldim” deyib.

Rio-de-Janeyro çimərlikləri axşam saatlarında yüzlərlə insanı qəbul etməyə başlasa da, şəhərdə termometrlərin 39 dərəcəyə yüksələcəyi gözlənilir.

Meteorologiya səlahiyyətliləri, istilərin önümüzdəki günlərdə də təsirini davam etdirəcəyini açıqlayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Duz istifadə etmədən duzlu yemək yemək artıq mümkündür!

Aynur Camal

Samanyolu xaricində bir ulduzun ilk yaxından çəkilmiş şəkli

Aynur Camal

Bağdadda PUA hücumu nəticəsində 3 hərbçi həlak oldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu