10 C
Baku
22 Fevral 2026, 15:46
Digər

İnsanların ömrü qısalmaqda davam edir

Bugun.tv “Independent”ə istinadla xəbər verir ki, “PNAS” jurnalında dərc olunan araşdırma ilə bağlı yüksək gəlirli və ölüm göstəriciləri aşağı olan 23 ölkənin uzunömürlülük statistikası təhlil edilib. Tədqiqatçılar “Human Mortality Database” məlumatlarından və altı fərqli ölüm proqnozlaşdırma metodundan istifadə edərək müəyyənləşdiriblər ki, ötən əsrin əvvəlində əldə olunan uzunömürlülük artımı son onilliklərdə xeyli zəifləyib.

 

Amerika Birləşmiş Ştatlarının Viskonsin Medison Universitetindən olan tədqiqatın həmmüəllifi Hektor Pifarrei Arolas bildirib ki, XX əsrin ilk yarısında əldə edilən misilsiz ömür uzunluğu artımı yaxın gələcəkdə təkrarlanması çətin olan bir məsələdir. O, əlavə edib ki, insanın ömrünü nəzərəçarpacaq dərəcədə uzadan irəliləyişlər əldə olunmadığı halda, hətta yetkin yaşda sağqalma tempi iki dəfə artsa belə, ömür uzunluğu əvvəlki sürətlə davam etməyəcək.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu