İsrailli alimlər insanların xarici görünüşlərinin adlarına görə dəyişə biləcəyini müəyyən ediblər. Onlar bu nəticələrə mütəxəssislərin Milli Elmlər Akademiyasının “Proceedings” jurnalında verdiyi yeni araşdırmada gəliblər.
Reyxman Universiteti və İvrit Universitetinin tədqiqatçıları valideynlərin uşağa adını xarici görünüşünə görə seçib-seçmədiyini, yoxsa insanların sifətinin illər ərzində adına görə dəyişib-dəyişmədiyini öyrənmək istəyiblər. Bunun üçün 9-10 yaşlı uşaqlar və böyüklərin iştirakı ilə araşdırma aparılıb. Könüllülərə müxtəlif insanların şəkilləri və adların varyasyonları nümayiş etdirilib, onlardan öz görünüşlərinə uyğun gələni seçməli olublar. Məlum oldu ki, əksər iştirakçılar düzgün cavab veriblər. Bu xüsusiyyət böyüklərdə daha dəqiq müşahidə edilib. Uşaqların vəziyyətində oxşarlıqlar o qədər də açıq müşahidə olunmur.
Sonra elm adamları maşın öyrənmə sistemini müxtəlif cins və yaşda olan insanların üzlərinin təsvirlərinin böyük bir məlumat bazasını “qidalandırdılar”. Kompüterin tapdığı kimi, eyni adları olan böyüklərin görünüşü fərqli adlara malik olanlarla müqayisədə çox vaxt oxşar idi. Tədqiqatçılar, görünüşün zamanla dəyişdiyini və addan təsirləndiyini irəli sürüblər. Mütəxəssislərin fikrincə, şəxsin adı ətrafında yaranan sosial stereotiplərə uyğun olaraq üz dəyişə bilər.
Tədqiqatçılar əlavə ediblər ki, onların işlərinə görə, sosial strukturlar insanlara o qədər güclü təsir göstərir ki, onlar hətta görünüşlərini belə formalaşdıra bilirlər. “Nəticələr, cins və ya etnik mənsubiyyət kimi addan daha əhəmiyyətli olan digər şəxsiyyət faktorlarının insanların böyüyüb kim olacağını nə dərəcədə müəyyənləşdirə biləcəyini göstərə bilər” alimlər deyib.
Mənbə: mail.ru