30 C
Baku
9 İyun 2025, 17:08
Baş xəbərDigər

“İnsanlarınız mehriban və qonaqpərvərdirlər. Bu gözəl ölkəyə səfər etmək xoşdur” – QAYSER NAWAB YAZIR

“Azərbaycanda sevdiyim çox şey var… Ləzzətli mətbəxi, xüsusilə də, Pakistan kabablarımızın qohumu olan,  ağız sulandıran kabablar mütləq diqqət mərkəzindədir. Musiqiniz də fantastikdir və mən həmişə tar və kamança kimi ənənəvi Azərbaycan alətlərinə qulaq asmaqdan həzz alıram. Və təbii ki, Xəzər dənizinin sərin mehi həmişə insanı təravətləndirir”.

Bu sözləri Azərbaycanda qonaq olan pakistanlı gənc fəal, Pakistan-Azərbaycan Məzunları təşkilatının prezidenti  Qayser Nawab bildirib.

“Son səfərim zamanı Şuşanı ziyarət etmək imkanım yarandı və bu, inanılmaz təcrübə oldu. Təbiət, dağlar və daim dəyişən havanın şahidi olmaq üçün heyrətamiz idi. Şuşanın zəngin irsi, mədəniyyəti və tarixi keçmişi çox cəlbedicidir. Mən inanıram ki, bu, gələcəkdə ziyarət etmək üçün əsas yerlərdən biri olacaq.

“Nəhayət, Nizami küçəsində əlində çətir tutan xanımın heykəli həmişə şəkil çəkdirdiyim yerdir. Hətta sosial şəbəkədə “Bu sevimli xanımla şəkilsiz Bakı səyahəti düzgün omazdı! O çətiri bu qədər uzun müddətdir əlində saxlayır, məncə, yorulur”, – deyərək, paylaşdım. Azərbaycanda insanlar çox mehriban və qonaqpərvərdirlər və bu gözəl ölkəyə səfər etmək həmişə xoşdur”, – Qayser Nawab bildirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Şəhidimiz Səbuhi Əsədovun tapılan yeni şeirləri işıq üzü görəcək

Aynur Camal

“Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi həyata keçirilir

Aynur Camal

Ölkəmiz İsveçdə Qurani-Kərimə hücumu pisləyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu