27 C
Baku
28 İyun 2025, 10:00
Texnologiya

“İnstagram”da hesabınız silinə bilər

instagram

“İnstagram” yeni funksiyasını işə salacaq.  

Bugun.tv AzXeber -a istinadən xəbər verir ki , “İnstagram” iOS tətbiqinə gətirdiyi yeni funksiya ilə istifadəçilərə tətbiq vasitəsilə hesablarını daimi olaraq silmə imkanı verəcəyini açıqlayıb.

Bildirilib ki, sözügedən xüsusiyyət “İnstagram” istifadəçilərinə tətbiq vasitəsilə hesabları silmək imkanı verir.
Müvafiq olaraq, indi “İnstagram” tətbiqi vasitəsilə hesablar “daimi” silinə bilər.
Proses proqramdakı profil parametrləri vasitəsilə həyata keçiriləcək. “İnstagram” hesablarını silən istifadəçilərə 30 gün vaxt verəcək. Bu müddət ərzində fikirlərini dəyişən istifadəçilər hesablarını yenidən aça biləcəklər. 30 günün sonunda müvafiq hesab həmişəlik silinəcək.
Qərarın Apple-ın yeni “App Store” qaydalarını dərc etməsindən sonra verildiyi açıqlanıb.
Könül Kərimova

Oxşar xəbərlər

NASA üçün Aya eniş aparatı inşa edəcək

Teymur Əziz

ABŞ çip investisiyası üçün 6,4 milyard dollar ayırdı

Aynur Camal

Bu ölkə Aya raket göndərdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu