13 C
Baku
2 Dekabr 2025, 19:10
Digər

International Innovation Awards 2025 Şanxayda Qlobal İnnovasiya Yeniliklərini Təqdim Etdi

“Reinventing for Tomorrow” mövzusu ilə keçirilən International Innovation Awards (IIA) 2025 tədbiri 28 noyabrda Şanxaydakı Ritz-Carlton otelində baş tutub. Mərasim dünyanın müxtəlif ölkələrindən gələn innovativ layihələri strateji uzaqgörənlik, texnoloji yenilik və davamlı təsir kriteriyaları üzrə mükafatlandırıb.

Enterprise Asia prezidenti Riçard Tsanq çıxışında dəyərlərə əsaslanan innovasiyanın vacibliyini vurğulayıb: “Texnologiya güclü ola bilər, lakin onu hər zaman insan dəyərləri yönləndirməlidir.”

20-dən çox ölkədən 260-dan artıq müraciət dörd kateqoriya üzrə qiymətləndirilib: Məhsul, Xidmət və Həll, Təşkilat və Mədəniyyət, Ağıllı Şəhər.

  • Məhsul kateqoriyasında “Dowsil™ 995 Structural Sealant” (Dow Shanghai) və OK Biotech-in “OTC Hearing Aid” məhsulu,
  • Xidmət və Həll kateqoriyasında ABB-nin “ABB Accelerator” və PwC-nin “Agentic-native Audit Ecosystem” həlli,
  • Təşkilat və Mədəniyyət kateqoriyasında AIA BHD və Raiffeisen Bank International,
  • Ağıllı Şəhər kateqoriyasında isə Tailandın “The Government Complex” layihəsi və Hong Kong MTR-in “Intelligent Safety 2.0” sistemi mükafatlandırılıb.

Enterprise Asia sədri Tan Sri Dr. Fong Chan Onn bildirib: “Artıq inkişaf sürət deyil — məqsəd, çeviklik və məsuliyyət deməkdir”.

Tədbirdə KPMG, Deloitte, China Market Research Group və digər qurumlardan ekspertlər innovasiya və davamlılıq mövzularında fikir bölüşüblər. IIA 2025 bir sıra beynəlxalq ticarət palataları və PR Newswire tərəfindən dəstəklənib.

Mənbə: PR Newswire

Aynur Camal

Oxşar xəbərlər

Borcla heyvandarlığa başlayan damazlıq qadın qoyunların sayını 30-dan 300-ə çatdırdı

Bugün TV

“İnsan oğlunun kədərdən lal olduğu zamandayıq…”

Bugün TV

Polkovnik-leytenant Atəm Əliyevin anım günü keçirilib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu