internetin tarixi, ilk internet mesajı, ARPANET şəbəkəsi, 29 oktyabr 1969, LO mesajı, Leonard Kleynrok, kompüter tarixçəsi, internetin yaranması
Maraqlı faktlar

İnternetdə ilk mesaj cəmi iki hərfdən ibarət olub: “LO”

Bugun.Tv xəbər verir ki, 1969-cu il oktyabrın 29-da kompüterlər arasında məlumat ötürülməsi tarixində mühüm hadisə baş verib. ABŞ-da yerləşən iki kompüter arasında göndərilən ilk mesaj cəmi iki hərfdən — “LO” hərflərindən ibarət olub. Halbuki göndərilməsi nəzərdə tutulan söz “LOGIN” idi.

Kaliforniya Universitetinin Los-Anceles kampusunda (UCLA) çalışan proqramçı Çarli Klayn professor Leonard Kleynrokun rəhbərliyi altında mesajı Kaliforniyadakı Stenford Tədqiqat İnstitutunun kompüterinə göndərməyə çalışıb. Həmin dövrdə kompüterlər arasında əlaqə yaratmağa imkan verən ARPANET şəbəkəsindən istifadə olunurdu. Bu şəbəkə sonradan müasir internetin inkişafına zəmin yaradıb.

Klayn əvvəlcə “L”, sonra isə “O” hərfini göndərib və qarşı tərəfdəki kompüter onları qəbul edib. Lakin üçüncü hərf — “G” göndərilərkən sistem sıradan çıxıb. Beləliklə, tarixə düşən ilk mesaj “LO” olub.

Maraqlıdır ki, təxminən bir saat sonra texniki problem aradan qaldırılıb və “LOGIN” sözü uğurla göndərilib.

Bu hadisə o dövrdə sadəcə texniki sınaq sayılsa da, uzaqda yerləşən kompüterlərin bir-biri ilə əlaqə qurmasının mümkünlüyünü nümayiş etdirib. Bu gün milyardlarla insanın istifadə etdiyi internetin inkişaf yolunda həmin iki hərf simvolik başlanğıclardan biri hesab olunur.

Mənbə: Kaliforniya Universiteti – UCLA

Aynur Camal

Oxşar xəbərlər

Hellouin bayramı nə vaxt keçirilir? Qədim tarixi və maraqlı ənənələri

Aynur Camal

Yeni texnologiya qoxuları internet vasitəsilə ötürə bilər

Aynur Camal

Van Qoqun “Ulduzlu gecə” əsərindəki səmanın hansı gecəyə aid olduğu araşdırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu