“Uşaqlar və yeniyetmələr ən müdafiəsiz insan kateqoriyasına aiddirlər. Bəzən yaxşı ilə pis, həyat və ölüm arasındakı sərhədi müəyyən edə bilməzlər. Uşaqlarda özünəqəsd riski ciddi bir problemdir. İntihar davranışın ilk əlaməti gözdən qaçırmamaq üçün valideyinlər çox diqqətli olmalıdırlar”.
Bu fikri Bugun.tv-yə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Fariz Əkbərov bildirib.
Ekspert vurğuladı ki, artıq Azərbaycan da azyaşlı uşaqların intihar etməsi ilə bağlı mətbuatda mütəmadi məlumatlarla tez-tez rastlaşırıq. Bütün bunlara səbəb, ailələrin sosial və ya maddi vəziyyətinin aşağı olması göstərilir. Lakin baş verən intiharların çoxu heç bununla bağlı olmur. Çox zaman gəncləri intihara ailələri sövq edir. Psixotravmatik vəziyyət, valideynlər arasında dava-dalaş və onların sosial davranışları buna əsas yaradır. Beləcə də, yeniyetmələr özünü tənha hiss edir.
“Özünəqəsd faktı baş verən zaman cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılır. Həmin maddədə qeyd olunur ki, intihar həddinə çatdırma, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsə qarşı amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ona hədə-qorxu gəlmə ilə baş verir”,- o qeyd etdi.