4 C
Baku
14 Dekabr 2025, 19:15
DünyaKriminal

İordan çayının qərb sahilində 2 fələstinli yaralandı, 15 fələstinli isə həbs edildi

Bugun.tv xəbər verir ki, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı 2 fələstinlini yaralayıb, 15 nəfəri isə nəzarətə götürüb. Oxşar hadisələr İordan çayının qərb sahilində yerləşən Beytlehem yaxınlığındakı Ayide qaçqın düşərgəsində də baş verib. Şahidlərdən alınan məlumata görə, İsrail qüvvələri düşərgəyə basqın edərək fələstinlilərə qarşı canlı güllə və gözyaşardıcı qazla müdaxilə edib. İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə tez-tez evlərə basqın edərək fələstinliləri müxtəlif ittihamlarla həbs edir. Fələstinlilərlə basqınlara reaksiya verən İsrail əsgərləri arasında ara-sıra toqquşmalar baş verir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

ABŞ səmalarında uçan “naməlum obyektlər” vurulub

Aynur Camal

Pentaqondan sızan sənədlərdə diqqət çəkən detallar

Bugün TV

Alimlər “məşhur eranın” yaxınlaşması ilə bağlı həyəcan təbili çaldılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu