Soyqırım törədən İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin cənub və şimalında həyata keçirdikləri hücumlarda biri uşaq olmaqla iki fələstinlini öldürüb, bir fələstinlini isə yaralayıb.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail əsgərləri Nablus şəhərinin Əl-Halle bölgəsinə basqın ediblər. Əsgərlər fələstinlilərin evlərini həqiqi güllələrdən atəşə tutub və gözyaşardıcı qaz balonları atıblar.
Ərazi sakini Ramazan Sadıq evinin qarşısında dayanan İsrail əsgərlərinin atəş açması nəticəsində başından və sinəsindən güllə yarası alaraq dünyasını dəyişib.
Fələstinli Murad Jaradat Hebron şəhərinin şimalında, Beyt Aynun bölgəsindəki Sair qəsəbəsində İsrail əsgərlərinin ona yaxın məsafədən atəş açması nəticəsində həlak olub. Əsgərlər Qızıl Aypara qruplarının Ceradata çatmasına icazə verməyib.
Fəallar və jurnalistlər sosial şəbəkələrdə İsrail hərbi postunun yanında yerdə qanlar içində uzanmış bir adamı əks etdirən fotolar paylaşıblar.
Qalqiliyə basqın
Şahidlərdən alınan məlumata görə, İsrail əsgərləri Qalkilya şəhərinin Hable qəsəbəsinə basqın ediblər.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, Hable qəsəbəsində sinəsindən və əlindən həqiqi güllələrlə yaralanan bir fələstinli xəstəxanaya aparılıb.
Mənbə: TrtHaber