12 C
Baku
28 Mart 2026, 18:46
Baş xəbərDünya

“Danimarkada Qurana hücum İslamofobiyanın təzahürüdür”

Bugun.tv xəbər verir ki, İordaniya Danimarkada Qurana hücumu pisləyib və bunu islamafobiya təzahürü kimi qiymətləndirib.

Bu ölkənin Xarici İşlər Nazirliyi Qurana hücumla bağlı yazılı açıqlama verib.

Bəyanatda müsəlmanların hisslərini oyadan, nifrət doğuran, dinc həyata təhlükə yaradan bu cür məsuliyyətsiz hərəkət və davranışların pisləndiyi ifadə edilib. “Bu hücumların təkrarlanması beynəlxalq ictimaiyyətin onlara qarşı tədbirlər görməsinə əsas verir”, – vurğulanıb.

İordaniya Xarici İşlər Nazirliyi, həmçinin müqəddəs sayılan simvol və dəyərlərin təhqir olunmasını cinayət hesab edən, sülh mədəniyyətini, qarşılıqlı hörməti artıran, ekstremizm və fanatizmə son qoyan qanunların qəbuluna çağırıb.

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu