Dünya

İordaniya İsrailin “Fələstin dövlətinin yaradılmasına qarşı qərarını” pislədi

İordaniya İsrail parlamentində “Fələstin dövlətinin yaradılmasına qarşı çıxan” qətnamənin qəbulunu beynəlxalq hüququn təhlükəli yeni pozulması kimi qiymətləndirib.

İordaniya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, İsrail parlamentinin “Fələstin dövlətinə qarşı çıxan təklifi qəbul etmə qərarı” pislənilib.

Bəyanatda İsraildə alınan qərar beynəlxalq hüququn təhlükəli yeni pozuntusu kimi qiymətləndirilərək, Təl-Əvivin də bu qərarla beynəlxalq ictimaiyyətə meydan oxuduğuna diqqət çəkilib.

Açıqlamada İsrailin işğalçı dövlət olaraq qəbul etdiyi qərarların və atdığı bütün addımların etibarsız olduğu bildirilib və İsrailin Fələstin torpaqlarını işğal etməsi faktını qəbul etdiyi qərarlarla dəyişə bilməyəcəyi vurğulanıb.

Bəyanatda Təl-Əviv rəhbərliyinin Fələstin xalqının hüquqlarını davamlı olaraq inkar etmək səylərinin bölgəyə sülh və təhlükəsizlik gətirməyəcəyi vurğulanıb və beynəlxalq ictimaiyyətdən İsrailin Fələstin xalqına qarşı müharibəsini dayandırmaq üçün hərəkətə keçməyə çağırılıb.

Bəyanatda həmçinin İsrailin Qəzza zolağında məcburi köçkün fələstinlilərin sığındığı mülki şəxslərə və məktəblərə hücumları pislənib.

 İsrail parlamentində “Fələstin dövlətinin yaradılması əleyhinə” təklif irəli sürülüb

İsrailin keçmiş ədliyyə naziri Gideon Saarın Yeni Ümid Partiyası və Vahid Sağ Partiyasının təqdim etdiyi “Fələstin dövlətinin yaradılmasına qarşı çıxmaq” təklifi İsrail parlamentində 9 əleyhinə 68 səslə qəbul edilib.

Sözügedən təklifdə “Fələstin dövlətinin yaradılmasının İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradacağı” iddiası yer alıb.

İspaniya, Norveç və İrlandiya mayın 28-də Fələstini, 4-də Sloveniya, 21-də isə Ermənistanı rəsmən tanımaq qərarına gəliblər.

Mənbə:  TrtHaber

Teymur Əziz

Oxşar xəbərlər

Pentaqondan diqqət çəkən açıqlama!

Teymur Əziz

Kovaçiç “Mançester Siti”yə keçməsi barədə danışdı

Nigar Məmmədova

Qəzzada müvəqqəti limana dəstək verən 4 gəmi su altında qalıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu