20 C
Baku
13 İyun 2025, 23:38
İdman

İP MAN -ın tələbəsi Bakıda seminar verəcək

Bakıda Vinq Çun döyüş sənəti üzrə beynəlxalq seminar keçiriləcək. Seminarda dünyanın məşhur döyüş ustalarından biri olan İp Manın tələbəsi, “Yaşayan Əfsanə” titullu Böyük Usta Samuel Kvok da iştirak edəcək.

Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti, əməkdar məşqçi Asif Sayadov məlumat verib. Bildirib ki, Beynəlxalq Seminarda həmçinin Türkiyə Vinq Çun Akademiyasının prezidenti Sifu Murat Kaplan, eləcə də İngiltərə və İrandan dəvət olunan peşəkar ustalar iştirak edəcəklər.

Qeyd olunub ki, seminarın ilk günü – 21 iyun tarixində saat 09:00-dan etibarən Heydər Əliyev Mərkəzinin parkında açıq hava təlimi başlayacaq. Bu mərhələdə iştirakçılar Vinq Çun döyüş sənətinin əsas texnikaları ilə tanış olacaqlar. Onlara fundamental hərəkətlərin izahı və tətbiqi təqdim ediləcək.

Daha sonra Bakı Biznes Universitetinin akt zalında 16:00-dan etibarən 2 saatlıq nəzəri və psixoloji seminar keçiriləcək. Bu sessiya Türkiyədən dəvət olunmuş məhkəmə və kriminal psixologiya üzrə mütəxəssis, yazar və Kunq Fu – Vinq Çun ustası Sifu Murat Kaplan tərəfindən aparılacaq. Sessiyada döyüş sənətində psixoloji hazırlığın əhəmiyyəti, stressin idarə olunması və psixoloji dayanıqlığın inkişafı mövzularına diqqət yetiriləcək.

Növbəti gün, yəni 22 iyun tarixində isə seminar Azərbaycan Texniki Universitetinin idman arenasında baş tutacaq. Seminarın bu mərhələsi 10:00-da başlayıb 4 saat davam edəcək. Bu müddət ərzində Qrandmaster Samuel Kvok iştirakçılara real tətbiq bacarıqlarını inkişaf etdirəcək müxtəlif texniki nümunələr göstərəcək.

23 iyun tarixində isə Samuel Kvok Beynəlxalq Vinq Çun Assosiasiyasının prezidenti olaraq Azərbaycan Vinq-Çun Federasiyasının məşqçi və təlimatçıları üçün dərəcə imtahanı keçirəcək.

Qeyd edək ki, İp Man əfsanəvi döyüşçü Brüs Linin məşqçisi olub.

Aynur Camal

Oxşar xəbərlər

Mütəxəssislərə Beynəlxalq Məşqçilik Sertifikatları təqdim edilib

Şükufə Ramizqızı

Mahaçev birləşmə döyüşündən imtina etdi

Bugün TV

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qarabağ”-“Qalatasaray” matçını stadiondan izləyirlər

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu