5 C
Baku
15 Yanvar 2025, 11:15
Baş xəbərDünya

 iPhone 16 Pro Max dünyanın ən nazik çərçivəli telefonu ola bilər

Apple-ın 9 sentyabrda təqdim edəcəyi iPhone 16 seriyasının top modeli olan iPhone 16 Pro Max dünyanın ən nazik çərçivəli smartfonu ola bilər.

Böyük maraqla gözlənilən iPhone 16 modelləri 9 sentyabrda keçiriləcək tədbirdə rəsmi olaraq görünəcək. Telefonların təqdimatına bir neçə gün qalmış yeni məlumatlar gəlməyə davam edir.

Apple-ın çox gözlənilən yeni flaqmanı iPhone 16 Pro Max dizaynda əhəmiyyətli yenilik edə bilər.

Son sızmalara görə, cihazın çərçivələri o qədər incə olacaq ki, smartfon dünyasında yeni rekord qıracaq.

iPhone 16 Pro-da 6,3 düym, iPhone 16 Pro Max-da isə 6,9 düymlük ekran olacaq.

Bu, son illərdə iPhone-larda görülən ilk əhəmiyyətli ekran ölçüsü artımı olacaq. Amma daha böyük ekranlara baxmayaraq, telefonların ölçüsü dəyişməyəcək. Bu, demək olar ki, bütün ön səthi əhatə edən ekran sayəsində mümkün olacaq.

Son məlumatlara görə, cihazın çərçivələrinin qalınlığı cəmi 1,15 mm olacaq. Bu o deməkdir ki, iPhone əvvəlki modelləri ilə müqayisədə daha incə çərçivəyə malikdir.

Sızdırılan məlumatlara görə, Apple çərçivələri incəltmək üçün Border Reduction Structure (BRS) texnologiyasından istifadə edir.

Bu texnologiya mis telləri yuxarıya doğru əyərək panelin altındakı çərçivəni mümkün qədər incə edir.

Bununla belə, bu yeni texnologiyanın iPhone 16 Pro və Phone 16 Pro Max-ın istehsal xərclərini artıra biləcəyi və potensial olaraq qiymət artımına səbəb ola biləcəyi də deyilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Əməkdar artist dünyasını dəyişdi

İntizar Əmirova

Naxçıvan MR Dövlət Gömrük Komitəsi ləğv edildi – FƏRMAN

Nigar Məmmədova

Azərbaycanda ilk dəfə Göygöl İcra Hakimiyyəti beynəlxalq standartlara layiq görülüb – FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu