Dünya

iPhone 17 Air modelinin nə qədər nazik olacağı məlum oldu

Apple-ın yeni telefonu iPhone 17 Air incə dizaynı və sərfəli qiyməti ilə diqqət çəkir. Plus seriyasını əvəz edəcək iPhone 17 Air 6,25 mm qalınlığında sələfindən xeyli nazik olacaq. Apple-ın maraqla gözlənilən yeni telefonu iPhone 17 Air, incəliyi və münasib qiyməti ilə artıq texnologiya həvəskarlarının diqqətini çəkib.

Yeni hesabata görə, iPhone 17 Air istehsalı dayandırılmış Plus modellərinin qiymət strategiyasına əməl edəcək. Bu o deməkdir ki, iPhone 17 Air təxminən 800 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

iPhone 17 Air 6,25 mm qalınlığı ilə diqqət çəkir. Əsas model iPhone 16-nın qalınlığının 7,8 mm olduğunu nəzərə alsaq, yeni modelin nə qədər nazik olduğu daha aydın görünür.

İncə və yüngül dizaynı ilə iPhone 17 Air, estetikaya önəm verən istifadəçilər üçün ideal seçim olacaq.

Apple iPhone 17 Air ilə müəyyən bir istifadəçi bazasını hədəfləyir. Əvvəllər buraxılan mini modellər Plus modellərini əvəz edə bilməzdi. iPhone 17 Air Apple-ın bu sahədə yeni təşəbbüsü olacaq.Apple-ın ən böyük rəqibi olan Samsung, flaqman seriyasının daha incə versiyasını da istehsal edir.

Galaxy S25 Slim adlanan bu modelin iPhone 17 Air ilə eyni qalınlığa sahib olacağı gözlənilir.

Bununla belə, iPhone 17 Air-dən fərqli olaraq, S25 Slim “Ultra kamera” xüsusiyyəti ilə gələcək və S25 seriyasının qalan hissəsi ilə eyni vaxtda buraxılmayacaq.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya yanır: indiyədək 21 nəfər ölüb, minlərlə kvadratmetr ərazi külə dönüb – VİDEO

Aynur Camal

Pompeydə milad səhnəsini xatırladan heykəlciklər tapıldı

Aynur Camal

BMGK Livan gündəmi ilə toplandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu