22 C
Baku
3 İyun 2025, 11:01
Baş xəbərHadisə

İpoteka kreditlərinin aylıq həcmlərində azalma var

Bugun.tv xəbər verir ki, banklar tərəfindən verilmiş ipoteka kreditlərinin aylıq həcmlərində azalma davam edir. Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

“Əgər banklar bu ilin mart ayında 68,6 milyon manat ipoteka kredit yerləşdirmişdilərsə, bu göstərici aprel ayında 53,9 milyon, may ayında 40,9 milyon, iyun ayında 37,8 milyon və iyul ayında 35.9 milyon manat olub. Göründüyü kimi, sözügedən dövrdə mart ayından başlayaraq ipoteka kreditlərinin həcmi hər ay əvvəlki aya nisbətən azalıb. İyul ayında mart ayına nisbətən bankların ipoteka kreditlərinin həcmində 2 dəfəyə yaxın azalma qeydə alınıb. Digər tərəfdən, əksər banklarda daxili ipoteka kreditləri üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır. Sistem əhəmiyyətli ilk 3 bank istisna olmaqla digər əksər banklarda illik faiz dərəcəsi 12-dən başlayır və bu da mənzil alışı üçün kifayət qədər yüksək faizlər hesab olunmalıdır”, – o bildirib.

Onun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə əmlak bazarı iqtisadi aktivlik baxımından vacib sektorlardandır. Bu bir tərəfdən vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına xidmət edir, digər tərəfdən real sektoru canlandırır. Bu baxımdan, Azərbaycanda da bankların verdiyi ipoteka kreditlərinin həcmində artım tempinin bərpa edilməsi və faizlərin aşağı salınması vacibdir. Bu vətəndaşların kreditlərə əlçatanlığının təmin edilməsi, mənzil probleminin həllinə dəstək olunması və bütövlükdə, həmin sektorda aktivliyin qorunub saxlanması baxımdan əhəmiyyətlidir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Məlahət İbrahimqızı vətəndaş qəbulu keçirdi – FOTO

Aynur Camal

Hamiləliyini ərindən gizlətmək istədi və yeddinci ayda abort etdi

Kəmalə Sultan

Türk iş adamı Ali Şayir: “Azərbaycan üçün çəkdiyim həsrət sona çatdı…” – MÜSAHİBƏ

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu