33 C
Baku
20 İyul 2025, 19:34
Dünya

IPTV ekranları qəfil qaraldı

Belçikada əməliyyat keçirilib

Ölkə üzrə pirat IPTV yayımlarına qarşı əməliyyat keçirilib. Şənbə gecəsi matçı IPTV vasitəsilə izləyənlərin 50 faizinin ekranı qaralıb, yüzlərlə qanunsuz sayt bağlanıb.

Rəqəmsal platformaların qeyri-qanuni izlənməsinə imkan verən və digər ölkələrə nümunə ola biləcək IPTV-yə qarşı Belçikada qərar qəbul edilib.

Bir çox ölkədə idman yarışlarını internet üzərindən canlı izləmək və ya təkrar oynamaq imkanı təqdim edən DAZN məhkəməyə müraciət edərək IPTV-lərin və qeyri-qanuni idman yayım saytlarının bağlanmasını istəyib.

Məhkəmə vəsatəti qəbul edərək, telekommunikasiya operatorlarına və alternativ xidmət provayderlərinə məktub göndərərək dinamik bloklamaya qərar verib.

DNS bloklama tədbirlərinin xərcləri internet provayderləri tərəfindən ödənilib.

DAZN əməliyyatı “Belçikada məzmun piratçılığına qarşı mübarizədə əsl qələbə” olaraq elan etdi.

Bildirilib ki, Belçikada “dinamik bloklama” adlanan bu təcrübə IPTV-də matçların izlənməsinə imkan verən “güzgü” və ya “imitasiya” saytları da aradan qaldırır.

Bu təcrübənin digər ölkələrdə də tətbiq olunacağı gözlənilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Meghan Markle Şahzadə Harri olmadan sosial media hesabı açdı

Aynur Camal

“Alfred” siklonu səbəbiylə 428 min 540 adam işıqsız qaldı

Aynur Camal

Çilidə 7.4 ilə sarsıdıldı! Zəlzələ hətta Peruda da hiss olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu