Bugun.tv xəbər verir ki, mayın 22-də Norveç Krallığının paytaxtı Oslo şəhərində “İqlim Dəyişikliyinə dair Qlobal Kosmik Konfrans-2023” konfrans keçiriləcək.
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov facebook səhifəsində paylaşım edib.
O qeyd edib ki, “Alov və buz: iqlim fəaliyyəti üçün məkan” mövzusuna həsr edilmiş konfransda iştirak edəcək.
Onun sözlərinə görə, Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Norveç Kosmik Agentliyi ilə birgə keçiriləcək konfransda kosmos fəaliyyətlərinin gələcəyi, onun qlobal iqlim dəyişikliyinin azaldılması səylərinə töhfə vermək imkanları müzakirə ediləcək, fikir mübadiləsi aparılacaq.
Səfər mayın 26-da başa çatacaq.