16 C
Baku
3 Sentyabr 2025, 7:11
Siyasət

İqor Qirinko: “Amerika bizə qarşı qərəzlidir”

“ABŞ-ın ədliyyə sistemində çalışan 6 Rusiya vətəndaşına qarşı tətbiq etdiyi sanksiyalar ədalətsizlikdir. Biz bunu Amerikanın ölkəmizin daxili işlərinə müdaxiləsi kimi qiymətləndiririk. ABŞ administrasiyasının Vladimir Kara-Murzanın hüquqlarının pozulmasında əli olması bəhanəsi ilə bir sıra Rusiya rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyalar bizə qarşı qərəzin göstəricisidir”.

Bugun.tv xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfirliyinin mətbuat katibi İqor Qirinko deyib.

Xatırladırıq ki, Kara-Murza ağır cinayətlərdə – dövlətə xəyanətdə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərəkətləri haqqında bilərəkdən yalan məlumat yaymaqda, habelə Rusiyada arzuolunmaz təşkilatla əməkdaşlıqda ittiham olunur.

Qeyd edək ki, 2023-cü il fevralın əvvəlində Moskvanın Basmannı məhkəməsi dövlətə xəyanətdə və Rusiya Silahlı Qüvvələrinin əməliyyatları haqqında bilə-bilə yalan məlumat yaymaqda ittiham olunan Kara-Murzanın həbsini uzadıb.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Ərdoğan Əsədlə görüşə biləcəyini söyləyib

Nigar Məmmədova

Kefei: “Rusiya, Çin, İran təlimləri regional təhlükəsizliyə töhfə verib”

Nigar Məmmədova

“Səfirliyə hücum beynəlxalq hüquqa xəyanətdir”-video

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu