12 C
Baku
23 Noyabr 2024, 11:59
Baş xəbərİqtisadiyyat

İqtisadi islahatların müsbət nəticələri

Prezident İlham Əliyev: “Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın”
Azərbaycanın büdəcsi iqtisadi inkişafı nəticəsində ildən-ilə artır. İqtisadi inkişafın özəlliyi dayanıqlılıqdır. Bugun.tv xəbər verir ki, Azərbaycanda da dayanıqlı iqtisadi inkişaf təmin edilib. Bu da dövlətin maliyyə imkanlarının yaxşılaşmasına öz təsirini göstərib. Bunun nəticəsində valyuta vəsaitləri ilk növbədə əhalinin maddi rifah halının yaxşılaşmasına yönəldilir. Bütün bu nəticələrin əldə edilməsi üçün güclü iqtisadi islahatlar aparılmışdır. Ümumiyyətlə, Azərbaycan dövləti islahatların aparılmasına ciddi önəm verir. Çünki hər bir islahat ölkəni daha da irəli, inkişafa aparır. Prezident İlham Əliyev dövlət siyasətində islahtların aparılmasını daima diqqətə saxlayır və dəfələrlə çıxışlarında bu məsələnin önəmini vurğulayıb. Elə bu günlərdə Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə bu haqda da danışaraq iqtisadi inkişafın təməlində aparılmış islahatların dayandığının bildirib: “Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin ötən illərə nəzər salsaq görərik ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə biz yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb”. Ölkə başçısının bu dediklərinin bariz nümunəsi olaraq qeyd edə bilərik ki, Azərbaycanda ildən-ilə maaşlar, pensiyalar artırılır. Yəni əsas məqsəd ondan ibarətdir ki, sıçrayışlı iqtisadi inkişaf insanların həyatında özünü göstərməlidir. Bu, prioritetdir və bunun ətrafında həm iqtisadiyyat, həm də sosial siyasət qurulur. Postsovet məkanında həmişə sosial siyasət iqtisadiyyatın yedəyində gedirdi. Amma bu gün sosial siyasətin prioritet olaraq öndə getməsi ən vacib məsələlərdən biridir. Bu baxımdan sosial siyasət vacibdir. Ölkə Prezidenti tərəfindən təqaüdlərin, bütün təbəqələr üzrə əməkhaqlarının artırılması inqilabi addımdır. Nəzərə almaq lazımdır ki, bu uğurları Azərbaycan müharibə şəraitində olarkən əldə edib. Belə günlərdə Azərbaycan bir sıra iqtisadiyyatını irəli aparıbsa, indki məqamda makroiqtisadi sabitliyi qorumaq üçün hər hansı riskdən söz ola bilməz. Bu baxımdan Prezident İlham Əliyev müsahibədə ölkəmizin iqtisadi inkişafı ilə bağlı hər hansı bir risk görmədiyini deyib. Prezidentin qeyd etdiyi kimi hətta işğal dövründə iqtisadiyyatımız inkişaf edib: “Çünki bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük”. Azərbaycan bir sıra iqtisadi göstəricilər görə dünya miqyasında çox yüksək yer tutur. Əsas hədəfə valyuta ehtiyatların artırılmasıdır. Əhalinin sosial müdafiəsi daha da gücləndirilir. Əsasən büdcədən maliyyələşən təşkilatlarda işləyən insanlar bunun daha çox hiss edirlər. Bunun üçün konkret proqramlar həata keçirlib. Azərbaycanın maddi imkanları da buna şərait yaradır. Bununla yanaşı, cənab Prezident müsahibəsində iqtisadi artımı təmin edəcək sahələrə investisiyaların qoyuluşuna diqqət çəkib. “2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir”, – deyə dövlətimzin başçıs əlavə edib. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı davam edir. Ölkədə vətəndaşların rifah halının yüksəldilməsi üçün sosial paketlər həyata keçirilir. Genişmiqyaslı quruculuq işlərinin aparılması üçün büdəcədən ayırmalar hər il artırılır. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində ciddi tədbirlər həyata keçirilib. Bütün bu tədbirlər əhali tərəfindən yüksək qiymətləndirilir. Dünyada insan resurslarını öyrənən, statistik araşdırma xidmətləri göstərən mərkələrin Sovet respublikaları üzrə apardıqları bir çox sorğularda Azərbaycandakı iqtisadi artımlar və müsbət dəyişilikləri xüsusu vurğulanır.
İqtisadi imkanların Azərbaycan xalqına yönəlməsi üçün dövlət tərəfindən lazimi addımlar atılır. Dövlətin qanunlarında da xüsusilə bildirilir ki, pensiyalar, sosial müavinətlər ildə bir dəfədən az olmayaraq artırılsın. Yəni əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar hansısa kampaniya xarakteri daşmır. Bu, Azərbaycan hakimiyyətinin mahiyyətindən irəli gələn addımlardır. Prezindet İlham Əliyevin rəhbərliyi ilə bu siyasət davamlı olacaq.

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

İntizar Əmirova

Oxşar xəbərlər

Niyə delfinlər gəmi və ya yaxtanın qabağında üzməyi sevirlər?

Aynur Camal

“Regionlarımız turizmdə hələ də Bakı ilə rəqabət apara bilmirlər”

Aynur Camal

HƏMAS: Bizim 200-250 məhbusumuz var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu