Digər

İran 15 min raket və 45 min İHA ehtiyatı olduğunu açıqladı

İranın böyük raket və pilotsuz uçuş aparatları (PUA) ehtiyatına sahib olduğu barədə iddialar beynəlxalq mediada gündəm olub. Bu barədə The Wall Street Journal məlumat yayıb.

Məlumata görə, İran rəsmiləri Pakistan vasitəsilə aparılan müzakirələrdə ölkənin hərbi gücünə güvəndiyini bildirərək, 15 min raket və 45 min İHA-ya sahib olduqlarını iddia ediblər.

Eyni zamanda, İran tərəfi “raket ehtiyatlarının tükənmək üzrə olduğu” barədə iddiaları rədd edərək, əksinə, kifayət qədər hərbi potensiala malik olduqlarını vurğulayıb.

Bununla yanaşı, xəbərdə qeyd olunur ki, bu rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və arabulucu tərəflər tərəfindən “şişirdilmiş ola bilər” kimi qiymətləndirilib.

Mövzu fonunda ABŞ-ın keçmiş prezidenti Donald Trump da sərt bəyanatları ilə diqqət çəkib. O, Fox News-a açıqlamasında mümkün addımlara işarə edərək gərginliyi artıran ifadələr işlədib.

Ekspertlərə görə, bu cür açıqlamalar ABŞ ilə İran arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirir və regional təhlükəsizlik risklərini artırır.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Ağ Evdən açıqlama: ABŞ İranla bağlı nüvə silahından istifadə etməyəcək

Aynur Camal

Fiziklər “qaranlığın işıqdan sürətli hərəkət etdiyini” göstərən eksperiment aparıb

Aynur Camal

Rusiya Yaxın Şərqdə gərginliklə bağlı Türkiyənin diplomatik təşəbbüslərini alqışladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu