Bugun.tv xarici mediaya istinadla xəbər verir ki, daxili işlər nazirinin sözlərinə görə, ən çox ölkəni tərk edən əfqanlar Xorasan vilayəti ilə sərhəddə qeydə alınıb. İndiyədək 1 milyon 200 min Əfqanıstan vətəndaşı İranı tərk edib və 2 milyon qeyri-qanuni miqrantın mərhələli şəkildə geri qaytarılması məsələsi gündəmdədir.
İranlı nazir bu gün Məşhəd şəhərinə işgüzar səfəri zamanı bəyan edib ki, əcnəbi vətəndaşların vəziyyətinin nəzərdən keçirilməsi və ölkə sərhədlərinin idarə olunması üçün xüsusi iclas keçiriləcək. O bildirib ki, Daxili İşlər Nazirliyinin ən mühüm proqramlarından biri sərhədlərin bağlanması və qeyri-qanuni əcnəbilərlə işin təşkili prosesinin öyrənilməsidir ki, bu məsələ avqustun 18-də axşam saatlarında Məşhəddə milli və regional qurumların iştirakı ilə keçiriləcək iclasda müzakirə olunacaq.
