24 C
Baku
11 Sentyabr 2025, 3:31
HadisəSiyasət

İran ABŞ-a 313 milyon dollar təzminat cəzası verdi

İran məhkəməsi 2017-ci ildə İŞİD hücumlarına görə ABŞ-a 313 milyon dollar təzminat cəzası verib.

Bugun.tv xəbər verir ki, bu barədə Mizan Xəbər Agentliyi məlumat yayıb.

Məhkəmə ABŞ hökumətini və qurum rəsmilərini 9 milyon 950 min dollar maddi, 104 milyon dollar mənəvi və 199 milyon dollar cəza təzminatına məhkum edib.

Qeyd edək ki, sözügedən hücuma görə ABŞ hökuməti, o cümlədən keçmiş prezidentlər Corc Buş və Barak Obama ittiham olunur.

Xatırladaq ki, 2017-ci il iyunun 7-də İranda inqilab lideri Ayətullah Xomeyninin məqbərəsinə və parlamentə silahlı və bombalı hücumlar nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb. Terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Mənbə:TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Polisdən qaçan sənədsiz sürücüyə pul cəzası kəsildi

İntizar Əmirova

Nikol Paşinyan və Vladimir Putin arasında telefon danışığı olub

Nigar Məmmədova

Hersoq Qəzzaya səfər etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu