7 C
Baku
9 Fevral 2026, 13:32
Dünya

İran: ABŞ-ın vurduğu nüvə obyektlərində partlamamış bombalar var

İran ABŞ

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, 12 günlük müharibə zamanı ABŞ tərəfindən vurulan İranın nüvə obyektlərində hələ də partlamamış bombalar mövcuddur.

İran dövlət televiziyasına bağlı “Gənc Jurnalistlər Xəbər Agentliyi” – (YJC)-nin məlumatına görə, Əraqçi bu barədə açıqlama verərək, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi ilə məsələni müzakirə etdiyini bildirib.

Nazirin sözlərinə görə, o, Qrossidən ABŞ-ın hədəf aldığı nüvə obyektlərinə səfər və yoxlama üçün xüsusi protokolun olub-olmadığını soruşub. Qrossi isə bunun analoqunun olmadığını qeyd edib.

Əraqçi bildirib ki, təhlükəsizlik səbəbindən yoxlamalardan əvvəl xüsusi prosedur müəyyənləşdirilməlidir:

“Orada partlamamış bombalar var. Təhlükəsizlik və mühafizə məsələləri həll olunmadan denetim aparıla bilməz. Bu mövzuda razılıq əldə olunduqdan sonra yoxlamalar keçirilməlidir. Bu çərçivədə Agentliklə əlaqədəyik”.

“ABŞ-a etibar etmirik”

Əraqçi eyni zamanda Tehranda keçirilən “İran Xarici Siyasəti və Xarici Əlaqələr Tarixi Milli Konqresi”ndə çıxışında ABŞ-a etibar etmədiklərini vurğulayıb. Onun sözlərinə görə, danışıqların nəticəsi hələ də qeyri-müəyyəndir.

Nazir bildirib ki, İran uranın zənginləşdirilməsinin tam dayandırılmasını qəbul etməyəcək:

“Əgər İranın nüvə proqramı ilə bağlı narahatlıq varsa, diplomatik yollarla cavab verməyə, şəffaflıq təmin etməyə və etimad yaratmağa hazırıq. Lakin sıfır zənginləşdirmə tələbinin diktə olunması qəbul edilə bilməz”.

Əraqçi əlavə edib ki, uranın zənginləşdirilməsi İranın qanuni hüququdur və bu mövqenin yalnız texniki və iqtisadi səbəblərlə bağlı olmadığını qeyd edib.

12 günlük müharibə

Xatırladaq ki, 13 iyun 2025-ci ildə İsrail İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə və hərbi rəhbərliyə qarşı genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində İranın bir sıra yüksək rütbəli hərbi şəxsləri və 9 nüvə alimi həyatını itirib.

ABŞ isə 22 iyun tarixində İranın Natanz, Fordo və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə zərbə endirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Kim Çen In Kursk vilayətində döyüşən Şimali Koreya hərbçilərini təbrik etdi

Aynur Camal

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu